Binəqədidə yanğın: onlarla insan təxliyə olundu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda hündür mərtəbəli binada yanğın olub.

Day.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Binəqədi rayonunda baş verib.

Nəticədə çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 85 m² olan iki otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Источник: day.az

Добавить комментарий