Fransız polislərdən qəddarlıq — Etirazçı qana boyandı — FOTO

Fransada "sarı jiletlilərin" hökumətə qarşı etirazları davam edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, geri çəkilməyən aksiyaçılara qarşı polislər də şiddəti artırıblar.

Belə ki, qanunvericiliklə səlahiyyəti artırılan polislər aksiya iştirakçılarına sərt müdaxilələr etməkdən çəkinmirlər. Bu gün baş tutan aksiyada bir neçə polisin etirazçının başını yardığı lentə alınıb. Qanlar içində qalan vətəndaş ətrafdakıların müdaxiləsi ilə polislərin əlindən alınıb və təcili yardım briqadasına təhvil verilib.

Onun sonrakı taleyi haqqında məlumat yoxdur.

Источник: day.az

Добавить комментарий